Klublarası dünya çempionatı: "Flamenqo" Vahid lider oldu 

Klublarası dünya çempionatı: "Flamenqo" Vahid lider oldu 

Futbol üzrə Klublararası dünya çempionatının qrup mərhələsində ikinci turun oyunları davam edir. 
Olimpnews.az xəbər verir ki, bu gün D qrupunda ikinci turun oyunlarına start verilib. Braziliyanın "Flamenqo" komandası İngiltərənin "Çelsi" klubu ilə qarşılaşıb. Oyun cənubi amerikalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb -2:1. Matçda hesabı İngiltərə təmsilçisi açıb. Pedri Neto qarşılaşmanın 13-cü dəqiqəsində "zadəganlar"ı hesabda önə çıxarıb.  Lakin ikinci hissədə "sambaçı"lar geridönüş etməyi bacarıb. Əvvəlcə 61-ci dəqiqədə Bruno Enrike Pinti hesabı bərabərləşdirib. Dörd dəqiqə sonra Danilo komandasını hesabda önə keçirib. Matçın 83-cü dəqiqəsində Valase Yan matçda yekun hesabı mûəyyənləşdirib. 
Braziliyalılar bu qələbə ilə aktivindəki xalların sayını 6-ya çatdıraraq Vahid lider olublar. Aktivində üç xalı olan "Çelsi" isə hazırda ikinci pillədə qərarlaşıb.