"McLaren" Hollivud aktyoruna avtomobil verib 

"McLaren" Hollivud aktyoruna avtomobil verib 

Hollivud aktyoru Bred Pitt Formula 1 bolidinin sükanı arxasına keçmək fürsətini qazanıb. Olimpnews.az Racingnews365-in məlumatına istinadən xəbər verir ki, Britaniyanın "McLaren" komandası ona 2023-cü il istehsalı olan MCL60 avtomobili təqdim edib. Aktyor  həmin bolidi Ostin trasında idarə edəcək.

Xatırladaq ki, Pittin baş rolda çəkildiyi “Formula 1” bədii filminin dünya premyerası iyunun 23-də olacaq.