FİA Afrika trasını qiymətləndirib

FİA Afrika trasını qiymətləndirib

Cənubi Afrika Respublikasında yerləşən Kyalami treki Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən ən yüksək kateqoriyaya layiq görülüb. Bu o deməkdir ki,artıq orada FİA-nın bayrağı altında keçirilən istənilən yarış, o cümlədən Formula 1 mərhələləri keçirilə bilər. "Crash" portalının məlumatına görə, kateqoriyadan əlavə, trasın modernləşdirilməsi üçün trasa üç il vaxt  müddəti verilib.

Qeyd olunur ki, 1967-1993-cü illərdə Kyalami treki Formula 1 mərhələlərinə ev sahibliyi edib.