Klublararası dünya çempionatının ilk 1/4 finalçısı müəyyənləşdi 

Klublararası dünya çempionatının ilk 1/4 finalçısı müəyyənləşdi 

ABŞ-da kçirilən futbol üzrə klublararası dünya çempionatının ilk 1/4 finalçısı muəyyənləşib. 
Olimpnews.az xəbər verir ki, mərhələnin ilk oyununda Braziliyanın iki təmsilçisi - "Palmeyras" və "Botofoqo" klubları qarşılaşıb. Cənubi Amerikalıların duelində sevinən tərəf "Palmeyras" olub. Oyunun ilk 99 dəqiqəsində hesabı açılmadığından qalibi müəyyən etmək üçün əlavə dəqiqələr oynanılıb. Burada "Palmeyras"ın yarımmüdafiəçisi Poulinyo dəqiq zərbə ilə fərqlənərək qələbə qolunun müəllifi olub. 
Abel Ferreiranın komandasının rəqibi "Benfika" - "Çelsi" oyunundan sonra müəyyənləşəcək.