İdman gimnastikası üzrə Tokio-2020 Yay Olimpiya Oyunlarının belçikalı qalibi Nina Dervael idmançı karyerasını bitirmək qərarına gəlib.
"Əgər dünya çempionatında və ya Olimpiya oyunlarında yenidən mübarizə aparmalı olsam, bunun üçün məndən gərgin məşq etmək tələb olunacaq. Bunun üçün riskə getməyə hazır deyiləm. İstədiyim hər şeyə nail olmuşam. Hamı nəyə qadir olduğumu yaxşı bilir. Son vaxtlar özümə tez-tez sual verirəm: "Bura qədər kifayət deyilmi? Bədənimi riskə atmağa dəyərmi?” Sonda mən belə qənaətə gəldim ki, bu kifayətdir”, - deyə Associated Press belçikalı Olimpiya çempionunda sitat gətirib. Məlumat üçün bildirək ki, 2025-ci il may ayının sonunda 25 yaşlı Dervael ikiqat Avropa çempionu olub. O, həm də bu idman növü üzrə ikiqat (2018 və 2019) dünya çempionudur.