Gənc cüdoçularımız üçün növbəti sınaq

Gənc cüdoçularımız üçün növbəti sınaq

Sabah Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa Kubokuna start veriləcək.  
Olimpnews.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçiriləcək yarışda 26 ölkədən 239 (160 oğlan, 79 qız) cüdoçu qüvvsəini sınayacaq. Qitə yarışında Azərbaycan idmançıları da mübarizə aparacaqlar. Komandamız turnirdə 5 çəki dərəcəsində 8  cüdoçu ilə təmsil olunacaq.
Gənc oğlanlardan ibarət yığma komandanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında yarışda Nihad Məmişov, Fərid Qarayev (hər ikisi -60 kq), Məhəmməd Musayev, Nizami İmranov, Sadıq İsgəndərli (hər üçü -66 kq), Abil Yusubov (-73 kq), Süleyman Şükürov (-81 kq) və Ramazan Əhmədov (+100 kq) tatami üzərinə çıxacaq.

Qeyd edək ki, daha əvvəl komandanın heyətinə -90 kq çəki dərəcəsində Tuncay Şamil və Aslan Kotsoyevin də adları daxil edilsə də, federasiyadan aldığımız məlumata görə onlar səhhətlərində yaranan problemlə əlaqədar yarışa yollanan heyətdən son anda çıxarılıb.

Avropa Kubokuna avqustun 3-də yekun vurulacaq.