Restlinq əfsanəsinin ölüm səbəbi müəyyənləşib

Restlinq əfsanəsinin ölüm səbəbi müəyyənləşib

Amerikalı restlinqçi Halk Hoqanın ölüm səbəbinin infarkt olduğunu rəsmi olaraq təsdiqlənib.

Olimpnews.az-ın məlumatına görə, bu barədə “Peyce Six” portalı Pinellas qraflığından alınan sənədlərə istinadən xəbər yayıb. Tibbi ekspertizanın rəyinə əsasən, ölümə səbəb ürək əzələsinə qan axınının qəfil pozulması və bunun nəticəsində toxumaların zədələnməsi olub. Sənədlər həmçinin göstərir ki, Hoqana əvvəllər ürəyin nizamsız və tez-tez çox tez döyündüyü bir vəziyyət olan atrial fibrilasiya diaqnozu qoyulub. Yarılma zamanı Hoqanın ağ qan hüceyrələrinə təsir edən xərçəng növü olan xroniki lenfositik olduğu da müəyyən edilib. Mənbənin sözlərinə görə, mətbuat daha əvvəl güləşçinin xərçənglə mübarizə apardığı barədə məlumat verməyib. Qeyd edilir ki, Hoqanın ölümünün təbii hal kimi tanındığı bildirilib. Məlumat üçün bildirək ki, əsl adı Terri Cin Bollea olan «Halk Hoqan» 1980-1990-cı illərdə restlinqin ən məşhur simalarından birinə çevrilib. Onun karyerasına WWF-də (indiki WWE) çıxışlar, film sektoru və televiziya proqramları daxildir. 72 yaşlı Hoqan iyulun 24-də Floridada vəfat edib.