Skopye-2025 çərçivəsində keçirilən cüdo yarışları davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün komandamızın daha iki üzvü - Nuranə Hacızadə (-48 kq) və Aysun Məmmədova (-52 kq) mübarizəyə başlayıb.
Yarışa 1/8 finaldan başlayan Nuranə Hacızadə serbiyalı Mara Rasiçə ipponla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Digər cüdoçumuz Aysun Məmmədova isə 1/8 finalda ukraynalı Yelizaveta Yemelyanovanı məğlub edib.
Qeyd edək ki, daha əvvəl, Avropa çempionumuz Zeyd Ələsgərov 1/8 final mərhələsində italiyalı rəqibinə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanmışdı.
Skopye-2025: Daha iki cüdoçumuz festivala qələbə ilə başladı





