Olimpiadaya görə hansı ölkə daha çox mükafat vəd edir?

Olimpiadaya görə hansı ölkə daha çox mükafat vəd edir?



Soçi olimpiadasında iştirak edən ölkələrin hər biri idmançıları həvəsləndirmək üçün alacaqları qızıl, gümüş və bürünc medala görə pul mükafatları vəd edib.
Soçidə keçirilən Qış Olimpiya Oyunlarında qazanılan medallara görə daha çox pul mükafatını Qazaxıstan, Latviya, İtaliya, Belarus, Estoniya və Ukrayna MOK-ları öz idmançılarına vəd ediblər. Belə ki, Qazaxıstan idmançılarının hər biri qazandığı qızıl medala görə 250 min dollar alacaq. Gümüş medala görə onları 150 min dollar, bürünc medala görə isə 75 min dollar mükafat gözləyir.
Qızıl, gümüş və bürünc medala görə idmançılara Latviya 192,8 min, 96,4 min, 67, 5 min dollar, İtaliya 189,8 min, 101,7 min, 67,8 min dollar, Belarus 150 min, 75 min, 50 min dollar, Estoniya 138,5 min, 92,3 min və 60,6 min dollar, Ukrayna 125 min, 80 min və 55 min dollar verəcək.
Rusiya idmançıları qızıl medala görə 4 milyon rubl (təxminən 113,2 min dollar), gümüş medala görə 2,5 milyon rubl (təxminən 70,8 min dollar), bürünc medala görə isə 1,7 milyon rubl (təxminən 48 min dollar) alacaqlar.
İsveçrə Milli Olimpiya Komitəsi isə alınacaq medallara görə isə 88,6 min, 77, 5 min və 66, 45 min dollar pul mükafatı vəd edib.
Qızıl, gümüş, bürünc medala görə Fransa atletləri üçün 68 min, 27,1 min, 17,6 min dollar, Hollandiya idmançıları üçün 40,6 min, 30,5 min, 20,3 min, Finlandiya atletləri üçün 40 min, 20,3 min, 13,5 min, Yaponiya idmançıları üçün 29,3 min, 19,6 min və 9,8 min dollar pul mükafatı vəd edilib.
Amerika idmançılarını isə alacaqları medallara görə 25 min, 15 min və 10 min pul mükafatı gözləyir. Almanlar isə bu işdə bir az ciddidirlər - qalib idmançılar 20,3 min, 13,5 min, 10,15 min dollar alacaqlar. Kanada Milli Olimpiya Komitəsi isə 17,9 min dollar, 13,4 min dollar, 8,9 min dolları öz atletlərinə qalibiyyətləri qarşılığında vəd edib. Ən aşağı pul mükafatını isə Avstraliya verəcək -13 min, 8, 7 min və 6,5 min dollar.
Böyük Britaniya, Norveç, İsveç, və Xorvatiya Milli Olimpiya Komitələri isə öz idmançılarına qalib olacaqları qarşılığında heç nə verməyəcəklər. Bunu İsveç Milli Olimpiya Komitəsinin nümayəndəsi Bern Folin belə izah edib: "Bizə verilən pulların hamısı, demək olar illik 8 milyon avro (11 milyon dollar) idmançıların idman düşərgəsinə, idmana və idmançılara ayrılan qrantlara verilir”.
Avstriya hökuməti isə Olimpiya çempionu olacaq idmançılarına 21,6 min dollar dəyərində 17 gümüş pul verəcək. Gümüş və bürünc medallara görə isə 13 və 11 belə gümüş pul veriləcək.
İdmançılar üçün maraqlı həvəsləndirici proqramı Cənubi Koreya fikirləşib. Qızıl medala 62 min dollar, gümüş medala 61,67 min dollar, bürünc medala 36,17 min dollar. Bu pulu atletlər birbaşa da ala bilərlər və ya onlara pul "olimpiya təqaüdü” kimi də verilə bilər. Əgər onlar ikinci variantı seçsələr, hər ay 923 dollar qızıl medal qazanana, 692 dollar gümüş medal alana, 484 dollar bürünc medal alana veriləcək. Cənubi koreyalı atletlərin də əksəriyyəti məhz bu proqrama üstünlük verirlər.