Beş basketbolçunu diqqətdə saxlamaq lazımdır

Beş basketbolçunu diqqətdə saxlamaq lazımdır

ESPN analitiki Stiven A. Smit NBA-nın yeni mövsümündə beş oyunçunun izlənməsini tövsiyə edib. O, 2025-ci ilin fevralında komandalarını dəyişdirən “Dallas Maveriks”in üzvü Entoni Deyvis və “Los Anceles Leykers”dən  Luka Donçiçi xüsusi vurğulayıb. Smitin sözlərinə görə, bu oyunçular 2025-26 mövsümündə klubları üçün əsas fiqur olacaqlar. Davis 2024-25 mövsümündə “Maveriks”in heyətində hər oyunda orta hesabla 20 xal, 10.1 ribaund və 4.4 asist, “Lekers” ilə isə 24.7 xal, 11.6 ribaund və 3.5 asistlə orta hesabla 51.6 faiz məhsuldarlıq nümayiş etdirib. Digər üç namizəd isə Kevin Dürant (“Hyuston Rokets”), Cimmi Batler (“Qolden Steyt Uorriors”) və zədəsini sağaltmaqda olan Kayri İrvinq (“Dallas Maveriks”) olacaq.