NBA sosial platforması olan blogerə vəzifə verdi

NBA sosial platforması olan blogerə vəzifə verdi

Məhşur “YouTube” fenomeni Keandre Eşli oyunçuları və perspektivləri təhlil edən və qiymətləndirən videolar yerləşdirdiyi kanalda yeddi il işlədikdən sonra NBA-da skaut kimi işə düzəlib. "Mən NBA komandası üçün skaut olmaq təklifini həyəcan və minnətdarlıqla qarşıladım. İllər ərzində “Hoop Intellect” kanalımı dəstəkləyən hər kəsə böyük təşəkkürümü bildirirəm. Layihə ilə böyümək və oyun vasitəsilə çoxlu insanla əlaqə saxlamaq heyrətamiz idi", - Eşli deyib.

Qeyd edək ki, onun “Hoop Intellect” kanalında 400-dən çox video var və kanalı izləyənlırin sayı 60 min abunəçiyə yaxınlaşır.