Üzgüçülük üzrə 23 qat Olimpiya çempionu amerikalı Maykl Felps Amerika üzgüçülük tarixinin uğursuz dövrə qədəm qoyduğunu bildirib. "2016-cı ildə Rioda ABŞ komandasının möhtəşəm idi. Bu idman tarixində ən uğurlu nəticə olmuşdu. Biz Olimpiya medallarının 57 faizini ölkəmizə gətirmişdik. Səkkiz il sonra Parisdə ABŞ komandası yalnız 44 faiz nəticə göstərdi. Bu da çox aşağı göstəricidir. Özümdən soruşuram, bizdə nə dəyişdi? Cavab da göz qabağındadır. İdmançılarda səbəb görmürəm. Rəhbərlik öz işinin öhdəsindən gəlmir. Zəif liderlik inkişafa hərtərəfli təsir edir”, – deyə Inside the Games portal Felpsdən sitat gətirib.
23 qat Olimpiya çempionu rəhbərliyi tənqid edib
