"Bizim dövrümüz əsl rəqabətə söykənirdi" - Şakil  

"Bizim dövrümüz əsl rəqabətə söykənirdi" - Şakil  

NBA çempionu Şakil ONil Şimali Amerika liqasının tarixinin ən yaddaqalan dövrü ilə bağlı sualı cavablandırıb. 

Olimpnews.az-ın məlumatına görə, Şakil etiraf edib ki, liqada 1992-2011-ci illər ən böyük dövr hesab olunmalıdır. "Bizim eramız. Bəli, 80-ci illərdə oyunçular daha sərt və fiziki idi. Onlar həmişə bu və ya digər dövrün komandalarının bir-birinə qarşı necə oynayacağı barədə fərziyyələr irəli sürürlər. Bizim dövrümüz əsl rəqabətə söykənirdi", - deyə "Straight Game" layihəsi  ONildən sitat gətirib.