NBA-nın dördqat amerikalı çempionu Şakil ONil 2000-ci illərdə liqadakı ən yaxşı 10 oyunçunun adlarını açıqlayıb.
Olimpnews.az xəbər verir ki, hazırda ekspert və analitik kimi fəaliyyət göstərən ONil "Qara mamba" ləqəbli mərhum basketbolçu Kobi Brayntı birinci pillədə qeyd edib. O, öz adını isə üçüncü yerə layiq görüb. Kanadalı Stiv Neş isə onun fkirincə ilk "onluğ"u tamamlayıb.
1. Kobe Braynt (ABŞ);
2. Tim Dunkan (ABŞ);
3. Şakil ONil (ABŞ);
4. LeBron Ceyms (ABŞ);
5. Kevin Qarnett (ABŞ);
6. Allen Ayverson (ABŞ);
7. Dirk Nowitzki (Almaniya);
8. Duayane Uade (ABŞ);
9. Tresi MakQredi (ABŞ);
10. Stiv Neş (Kanada).
Məlumat üçün bildirək ki, bundan əvvə amerikalı LeBron Ceyms CBS Sports-un versiyasına görə, 21-ci əsrin ən yaxşı basketbolçuları siyahısına başçılıq edirdi.