"Los Anceles Klippers"in basketbolçusu pulunu hara yatırıb?

"Los Anceles Klippers"in basketbolçusu pulunu hara yatırıb?

"Los Anceles Klippers"in basketbolçusu Kauihi Leonard komandanın sahibi Stiv Ballmer tərəfindən gizli şəkildə maliyyələşdirilən şirkətlə müqavilə bağlayıb.

Olimpnews.az xəbər verir ki, o, 50 milyon dollar sərmayəsi olan saxta ağacəkmə şirkəti ilə 28 milyon dollara razılaşıb. Jurnalist Pablo Torrenin podkastında verdiyi məlumata görə,bütün bunlar maaş həddini aşmaq üçün atılan bir addım hesab olunur.

Qeyd olunur ki, şirkət 2025-ci ildə müflis olub.