"Lənkəran" klubu heyətini yeni basketbolçu ilə gücləndirib.
Olimpnews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı Aydın İbrahimovla mövsümün sonuna kimi müqavilə imzalanıb.
1.95 sm boya malik hücumçu daha əvvəl "Sərhədçi", "Sumqayıt" və "Sabah" klublarının heyətində forma geyinib.
Qeyd edək ki, U-18 millisində də oynayan Aydın İbrahimov hazırda Azərbaycanın U-20 komandasının üzvüdür.