"Real" minimal hesablı qələbə ilə liderliyini qorudu 

"Real" minimal hesablı qələbə ilə liderliyini qorudu 

İspaniyanın "Real" klubu La Liqada növbəti qələbəsini qazanıb. 
Olimpnews.az xəbər verir ki, "Kral klubu" "Anoeta" səfərində "Real Sosiedad"ı minimal hesabla məğlub edib. Matçda hesab 12-ci dəqiqədə Kilian Mbappenin qolu ilə açılıb. Oyunun 32-ci dəqiqədə madridlilərin yeni transferi Huysen qırmızı vərəqə alaraq meydanı tərk edib. Buna baxmayaraq, hücumlarını davam etdirən Xabi Alonsonun komandası ilk yarının sonlarına yaxın üstünlüyünü iki topa çatdırıb. Bu dəfə 44-cü dəqiqədə Arda Gülər fərqlənib. Meydan sahiblərinin yeganə təsəllisi isə Oerzabalın 56-cı dəqiqədə vurduğu qola çatıb. 
Qələbə sayəsində xallarının sayını 12-yə çatdıran "Real" klubu maksimum nəticə ilə liderliyini qoruyub. MeydN sahibləri isə 2 xalla 17-ci pillədə qərarlaşıb.