Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, azarkeşlər ötən gecə daha 6 qarşılaşma izləyiblər. Günün ilk oyununda Yunanıstan təmsilçisi “Olimpiakos” doğma meydanda Kiprin “Pafos” klubunun müqavimətini qıra bilməyib -0:0. Paralel davam edən oyunda isə Çexiyanın "Slaviya" klubu Norveçin "Budyo Qlimt" klubu heç-heçə edib. Dörd qolun vurulduğu oyun 2:2 hesabı ilə yekunlaşıb. Günün digər oyunlarında İtaliya təmsilçisi “İnter” səfərdə "Ayaks"a 2:0 hesabı ilə qalib gəlib. İngiltərə nəhəngi “Liverpul” isə doğma meydanda Madrid “Atletiko”sunu 3:2 hesabı ilə məğlub edib. İngiltərənin digər təmsilçisi “Çelsi” isə Münhendə “Bavariya”ya 3:1 hesabı ilə məğlub olub. UEFA Çempionlar Liqasının son qalibi PSJ isə Parisdə İtaliya təmsilçisi "Atalanta"ya 4:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turun digə oyunları bu gün keçiriləcək.
Çempionlar Liqasında daha qarşılaşma təşkil olunub
