III MDB Oyunlarında iştirak edəcək stolüstü tennisçilərimiz müəyyənləşdi

III MDB Oyunlarında iştirak edəcək stolüstü tennisçilərimiz müəyyənləşdi

III MDB Oyunlarında Azərbaycanı 6 stolüstü tennisçi təmsil edəcək.

Olimpews.az Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə bacarığını göstərəcəklər. İdmançılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərdə mübarizə aparacaqlar.

Qeyd edək ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunacaq stolüstü tennis yarışları sentyabrın 26-dan 29-dək keçiriləcək.