Beynəlxalq Basketbol (FİBA) Federasiyası Britaniya Basketbol Federasiyasını (BBF) kişilərin yarışlarından müvəqqəti uzaqlaşdırıb.
Olimpnews.az FİBA-nın rəsmi saytına istinadən xəbər verir ki, Böyük Britaniya hökuməti ilə əməkdaşlıqda işçi qrupu idarəetmə problemlərini həll etmək və müvəqqəti struktur yaratmaq niyyətindədir.
Xatırladaq ki, 2025-ci ilin avqustunda FIBA Britaniya Klubları Basketbol üzrə İşçi Qrupu yaratmaq qərarına gəlib, onun məqsədi Böyük Britaniyada kişilərin klub yarışlarında müəyyən edilmiş idarəetmə problemlərini və tənzimləyici qaydalara uyğunsuzluğu araşdırmaq olub.
Nəticədə, FIBA BBF-nin kişilər arasında milli yarışlara lisenziya vermək və tanımaq səlahiyyətini, eləcə də FIBA yarışları üçün kişilərdən ibarət milli komanda yaratmaq hüququnu cari idarəetmə məsələləri həll olunana qədər müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.
Xatırladaq ki, FIBA-nın müdaxiləsi 2024-cü ildə Britaniya Basketbol Liqasının ləğvindən sonra yaradılmış BBF ilə Super Liqa basketbolu arasında münaqişə nəticəsində yaranan idarəetmə böhranından sonra baş verib.