Kişi voleybolçular arasında Yüksək Liqada ikinci turun oyunlarına start verilib.
Olimpnews.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma təşkil olunub. Günün yeganə oyununda ORDU klubu “Xilasedici” ilə üz-üzə gəlib. “Murov Az Terminal” voleybol klubunun idman zalında keçirilən oyunda "Xilasedici"nin 0:3 (21:25, 21:25, 21:25) hesablı qələbəsi qeydə alınıb.
Qeyd edək ki, turun digər oyunu oktyabrın 24-də "Neftçi" və “Murov Az Terminal” komandaları arasında olacaq.
Yüksək Liqa: "Xilasedici" ORDU-ya qalib gəldi
