Boksçumuz VI İslam Oyunlarının bürünc medalını təmin etdi 

Boksçumuz VI İslam Oyunlarının bürünc medalını təmin etdi 

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən boks yarışlarına start verilib. Olimpnews.az xəbər verir ki, Azərbaycan boksçusu Aynur Mikayılova Oyunlarda ilk görüşünə çıxıb. 57 kq çəkidə döyüşən millimizin üzvü yarışa qələbə ilə başlayıb. O, 1/4 finalda Hadeel Aşuru (Səudiyyə Ərəbistanı) məğlub edib.

İdmançımız rəqibinə 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. A.Mikayılova yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, boksçumuz noyabrın 9-da yarımfinalda ilk döyüşdən azad olan Noura Abunabla (Fələstin) qarşılaşacaq.