Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin növbədən kənar iclası olub

Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin növbədən kənar iclası olub

Noyabrın 6-da Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin növbədən kənar iclası keçirilib. 
Olimpnews.az Birliyin mətbuat xidmətinin rəhbəri Ağa Ağayevin məlumatına istinadən xəbər verir ki,  iclasda il ərzində birliyin və nümayəndəliklərin fəaliyyəti, dekabrın 5-də Milli Olimpiya Komitəsinin OCEP layihəsi çərcivəsində təşkil olunacaq məktəblərarası birincilik və Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər arasında ölkə birinciliyi, həmçinin gələn il respublikamızda və digər ölkələrdə təşkil olunacaq beynəlxalq tədbirlər müzakirə olunub.
Sonra 22 sentyabr 2025-ci tarixdə Ümumi yığıncağın qərarına əsasən Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin tərkibində təsis edilmış "Zəfər", "Turan" və "Buta" idman klublarının təqdimatı olub.
Təqdimatdan öncə Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin prezidenti, beynəlxalq dərəcəli idman ustası və hakim Elnur Şıxəliyev yeni klubların ölkə ərazisində kəndirlə mübarizə idmanın inkişafına töhvə verəcəyini və komandalar arasında rəqabətin artmasına səbəb olacağını vurğulayıb və klub rəhbərlərinə uğurlar arzulayıb.
Sonra Birliyin vitse-prezidenti Elçin Vəliyev milli və beynəlxalq tədbirlərdə iştirak edən yeniyetmə və gənclərin milli dəyərlərə və atributlara hər zaman hörmətlə yanaşmalarının vacibliyini və komanda üzvlərinin qarşıdan gələr yarışlara məsuliyyətlə hazırlığını, məşqçilərin üzərinə düşən məsuliyyətin vacibliyini vurğulayıb və klub rəhbərlərinə uğurlar arzulayıb. 
Birliyin baş məşqçisi İlqar Tağıyev milli komandaların mövcud vəziyyəti və gələn il təşkil olunacaq beynəlxalq  yarışlarda ölkəmizi təmsil edəcək komandaların hazırlığı ilə bağlı görülən işlər haqqında məlumat verib və yeni təsis olunan klubların vacibliyini və gələcəkdə kəndirlə mübarizə idmanın inkişafına müsbət təsirinin olacağını qeyd edib.
Sonda klubların nizamnamələri və bayraqları klub rəhbərlərinə təqdim edilib.
Rəqsanə Lətifova "Buta" İdman Klubunun, Toğrul Bayramzadə "Zəfər" İdman Klubunun, Ramazan Soltanov "Turan" İdman Klubunun rəhbəri təyin olunub.

Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin növbədən kənar iclası olub Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin növbədən kənar iclası olub Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin növbədən kənar iclası olub