Avstraliyalı döyüşçü zədələndi

Avstraliyalı döyüşçü zədələndi

UFC 322-nin ilkin mərhələsi üçün planlaşdırılan amerikalı Malkolm Uellmeyker və avstraliyalı Kodi Heddon arasında yüngül çəkidə döyüş Heddonun zədələnməsi səbəbindən ləğv edilib. 
Olimpnews.az xəbər verir ki, bu səbəbdən Uellmeykerin UFC 322-dəki rəqibi UFC-də debüt edəcək amerikalı Etin Yuinq olacaq. Qurumdan verilən xəbərə görə, Yuinq iki gün əvvəl həmin döyüşdə iştirak etməyə razılıq verib.
Xatırladaq ki, UFC 322 noyabrın 15-16-da Nyu-Yorkda təşkil olunacaq.