İslamiada: Taekvondoçumuz bürünc medal görüşünə çıxacaq

İslamiada: Taekvondoçumuz bürünc medal görüşünə çıxacaq

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən taekvondo yarışları sona yaxınlaşır. 

Olimpnews.az xəbər verir ki, yarışların son günündə daha üç taekvondoçumuz dayanq üzərinə çıxıb. Taekvondoçumuz Eltac Qafarov (+82 kq) yarımfinalda Qazaxıstan idmançısı Baurjan Khassenova 1:2 hesabı ilə məğlub olub. Təmsilçimiz bürünc medal uğrunda görüşdə mərakeşli Soufiane Elasbilə üz-üzə gələcək. 

Digər taekvondoçularımızdan Nərgiz Kazımova (63 kq) və Riyad Şirəliyev (67 kq) ilk mərhələlərdə məğlub olaraq çıxışlarını medalsız başa vurublar.