Ər-Riyad-2025: Taekvokdoçularımız Oyunları 2 medalla başa vurdular

Ər-Riyad-2025: Taekvokdoçularımız Oyunları 2 medalla başa vurdular

Azərbaycan taekvondoçuları Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı çıxışlarını başa vurublar.

Olimpnews.az xəbər verir ki, taekvondo yarışlarının son günündə daha üç təmsilçimiz mübarizəyə başlayıb. 

Taekvondoçularımızdan Eltac Qafarov (+82 kq) üçüncü yer uğrunda görüşə çıxıb. Mərakeşli Soufiane Elasbiyə məğlub olan E.Qafarov çıxışını medalsız başa vurub. 

Bu gün dayanq üzərinə çıxan digər taekvondoçularımızdan Nərgiz Kazımova (63 kq) və Riyad Şirəliyev (67 kq) isə ilk mərhələlərdə məğlub olaraq mübarizəni dayandırıblar.  

Beləliklə, taekvondoçularımız VI İslam Həmrəyliyi Oyunlarını 1 gümüş və 1 bürünc medalla başa vurublar. Komandamızın heyətində Minayə Əkbərova (48 kq) gümüş, Qaşim Maqomedov (60 kq) isə bürünc medal qazanıb.