Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən 3x3 basketbol yarışları davam edir.
Olimpnews.az xəbər verir ki, A qrupunda yer alan qadınlardan ibarət millimiz bu gün növbəti oyununa çıxıb. Türkiyə millisi ilə qarşılaşan komandamız gloyunu 19:11 hesablı qələbə ilə başa vurub.
Xatırladaq ki, millimiz bu gün keçirdiyi ilk oyunda Səudiyyə Ərəbistanı seçməsinə 21:8 hesabı ilə qalib gəlmişdi.
Ər-Riyad-2025: Basketbol millimizdən növbəti qələbə


