Haland 63 illik rekorda şərik çıxdı 

Haland 63 illik rekorda şərik çıxdı 

Norveç millisinin hücumçusu Erlinq Haland yeni rekorda imza atıb. 
Olimpnews.az xəbər verir ki, ötən gün İtaliya millisi ilə oyunda iki qolla yadda qalan 25 yaşlı futbolçu ardıcıl 11 beynəlxalq oyunda qol vuran ikinci futbolçu olub. O, bununla da malayziyalı Əbdül Qəni Minatın 63 illik rekorduna şərik olub. 
Norveçli hücumçu növbəti oyunda da qol vuracağı təqdirdə rekordun tək sahibi olacaq.
Qeyd edək ki, İtaliya - Norveç oyunu skandinaviyalıların qələbəsi ilə başa çatıb -1:4.