Dünya çempionu ilə Lənkəranda görüş olub 

Dünya çempionu ilə Lənkəranda görüş olub 

Lənkəranlı idmançı Vadim Əkbərov artıq qol güləşi üzrə qazandığı uğurlarla dünyaya yaxşı səs salıb. 
Olimpnews.az xəbər verir ki, 10 qat Azərbaycan, dünya və Avropa çempionu V.Ələkbərov hazırda həm  də Lənkəranda məşqçi-müəllim  kimi fəaliyyət göstərir, onlarla gənc yetirməsi var.
Bu günlər Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 26 oktyabr 2025-ci il tarixində Bakı şəhərində keçirilən qol güləşi  üzrə dünya çempionatında birinci yerə çıxaraq Azərbaycan bayrağını zirvəyə qaldıran Vadim Əkbərovu qəbul edib. 
O, idmançımızı təbrik edərək gələcək yarışlarda uğurlar arzulayıb. 
Dünya çempionumuz Vadim Əkbərov da öz növbəsində səmimi qəbula və idmançıların şəhər İcra hakimiyyətinin hər zaman diqqət və qayğısını hiss etdikləri üçün Lənkəran ŞİH başçısına səmimi razılığını dilə gətirib, dövlət tərəfindən idmançıların fəaliyyətlərinə verilən yüksək qiymətə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Sonda Vadim Əkbərova idmanda qazandığı yüksək nailiyyətlərə və idmanın kütləviliyinin təbliği sahəsindəki fəaliyyətinə görə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilib.