Ən yaxşı pilotlarla bağlı inanılmaz faktlar üzə çıxıb

Ən yaxşı pilotlarla bağlı inanılmaz faktlar üzə çıxıb

Nüfuzlu "Fanatix" statistika portalının təhlilinə görə Formula 1-in ən yaxşı pilotları gəlirlərinin əhəmiyyətli bir hissəsini saxta izləyicilər vasitəsilə sosial media platformalarındakı sponsorluq paylaşımlarından əldə edirlər.

Olimpnews.az xəbər verir ki, 41,7 milyon izləyicisi olan yeddiqat dünya çempionu Luis Hemilton, 11,6 milyon bot hesabından birbaşa sponsorluq etdiyi hər paylaşım üçün 27.924 funt sterlinq qazanır ki, bu da onun ümumi izləyici auditoriyasının 28 faizini təşkil edir.
Araşdırmalara görə Hemiltonun tək bir paylaşımdan əldə etdiyi ümumi gəlir 100.302 funt sterlinqdir. Müqayisə üçün, britaniyalı pilotun paylaşım başına botlardan gələn məbləği qazanmaq üçün ən azı 14 ay işləməli olardı.
Onun komanda yoldaşı Şarl Lekler ən yaxşı pilotların arasında botların nisbətən aşağı faizinə (15,93 faiz) baxmayaraq, 3,37 milyon izləyicisi olan saxta hesabdan paylaşım başına 8.143 funt sterlinq potensial gəlirlə ikinci pillədə qərarlaşıb. "Red Bull Rasinq"in şərəfini qoruyan Maks Verstappen izləyici auditoriyasının 18,63 faizinin bot olması ilə 7.502 funt sterlinq, "Williams"dan Karlos Sayns isə 22 faiz "saxtakarlıqla" 6.416 funt sterlinq qazanır.
"Aston Martin" pilotu Fernando Alonso saxta izləyicilərin faizinə görə liderlik edir. İspaniya təmsilçisinin auditoriyasının 34,55 faizi botlardır. Komandalar arasında "McLaren" ən yüksək faizə (28,98), "Red Bull" isə ən təmiz statistikaya malikdir. Avstriya komandasının 30,7 milyon izləyicisinin cəmi 23,10 faizi botların payına düşür.