Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən 3x3 basketbol yarışları davam edir.
Olimpnews.az xəbər verir ki, qadınlardan ibarət millimiz bu gün yarımfinal oyununa çıxıb. Komandamız yarımfinalda Misir yığması ilə qarşılaşıb. Oyun millimizin 22:15 hesablı qələbəsi ilə başa çatıb.
Komandamız bu nəticə ilə finala vəsiqə qazanıb.
Ər-Riyad-2025: Qadınlardan ibarət 3x3 basketbol millimiz finalda


