İslamiada: Qadın güləşçimiz bürünc medal qazandı

İslamiada: Qadın güləşçimiz bürünc medal qazandı

Azərbaycan komandası VI İslam Həmrəyli Oyunlarında daha bir medal qazanıb. 
Olimpnews.az xəbər verir ki, bu uğura qadın güləşçimiz Elnurə Məmmədova nail olub. 50 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bürünc medala sahib çıxıb. O, üçüncü yer uğrunda görüşdə əlcəzairli Çebila Çeimaya 5:0 hesabı ilə qalib gəlib.