Güləşçimiz İslam Oyunlarında gümüş medal qazandı

Güləşçimiz İslam Oyunlarında gümüş medal qazandı

Azərbaycan idmançısı Ruzanna Məmmədova VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Olimpnews.az xəbər verir ki, 62 kq çəki dərəcəsində mübarizə aparan qadın güləşçimiz finalda nigeriyalı Ester Kolavaleyə 4:6 hesabı məğlub olub. 
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarına noyabrın 21-də yekun vurulacaq. 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və İSSA-nın İcraiyyə Komitəsinin üzvü və Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının sədri, millət vəkili Könül Nurullayeva final görüşünü oyunların keçirildiyi arenada izləyib.