Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının 17-ci yarış gününə yekun vurulub.
Olimpnews.az xəbər verir ki, Azərbaycan idmançıları günü 5 ( 1 qızıl, 2 gümüş, 2 bürünc) medalla başa vurublar. Bununla da komandamızın medallarının sayı 55-ə (8 qızıl, 18 gümüş, 29 bürünc) çatıb.
Millimiz bu nəticə ilə medal sıralamasındakı 10-cu pillədəki yerini qoruyub. Siyahıya liderlik edən Türkiyə millisinin aktivində 68 qızıl, 43 gümüş, 31 bürünc medal var. Özbəkistan komandası 83 (26 qızıl, 30 gümüş və 27 bürünc medalla ikincidir. Aktivində 74 (25 qızıl, 19 gümüş, 30 bürünc) medal olan İran millisi ilk üçlükdə yer alır.


