Qadın voleybolçular arasında Yüksək Liqada V turun oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün tur çərçivəsində daha iki oyun keçiriləcək. UNEC komandası "Turan"ı qəbul edəcək. UNEC VK-nın idman zalında keçirilən oyunun start fiti saat 17:00-da səslənəcək. Eyni saatda "Milli Aviasiya Akademiyası" və "Murov Az Terminal" oyunu da keçiriləcək. Oyun "Milli Aviasiya Akademiyası" VK-nın idman zalında təşkil olunacaq.


