Sabah bütün dünyanın diqqəti Vaşinqtonda keçiriləcək DÇ-2026-nın püşkatma mərasiminə yönələcək.
Olimpnews.az məşhur jurnalist Ben Ceykobsun sözlərinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp da tədbirdə iştirak edəcək. Donald Trampın püşkatma mərasimində ilk dəfə FİFA Sülh Mükafatını alacağı gözlənilir.
Qeyd edək ki, artıq 42 komanda Dünya çempioantında iştirak etmək hüququ qazanıb. Qalan 6 komanda isə mart ayının sonunda qitələrarası oyunlar və UEFA pley-off mərhələlərindən sonra müəyyənləşəcək.


