Yüksək Liqa: "Milli Aviasiya Akademiyası" və "Turan"dan inamlı qələbə

Yüksək Liqa: "Milli Aviasiya Akademiyası" və "Turan"dan inamlı qələbə

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada V turun daha iki oyunu keçirilib.

Olimpnews.az xəbər verir ki, günün hər iki oyunu eyni saatda başlayıb. "Milli Aviasiya Akademiyası" komandası "Murov Az Terminal"la, UNEC komandası isə "Turan"la üz-üzə gəlib. UNEC VK-nın idman zalında keçirilən oyunda "Turan" klubu meydan sahiblərinə qalib gəlib -0:3 (13:25, 20:25, 21:25). Milli Aviasiya Akademiyasının idman zalında keçirilən oyunda isə meydan sahibləri "Murov Az Terminal"ı 3:0 (25:18, 30:28, 25:15) hesabı ilə məğlub edib.