"Ateltiko" bu dəfə "Atletik"ə məğlub oldu

"Ateltiko" bu dəfə "Atletik"ə məğlub oldu

Futbol üzrə İspaniya La Liqasında 16-cı turun daha bir oyunu keçirilib. 

Olimpnews.az xəbər verir ki, Bilbao təmsilçisi "Atletik" doğma azrkeşlər önündə Madrid "Atletiko"su ilə qarşılaşıb. Matçın taleyini bir qol həll edib. Oyunda vurulan yeganə qolun müəllifi 85-ci dəqiqədə fərqlənən "Atletik"in futbolçusu Aleks Belenguer olub. "Basklar" qələbə sayəsində xallarının sayını 23-ə çatdıraraq 16-cı pillədə qərarlaşıb. Ardıcıl ikinci məğlubiyyətini alan Dieqo Simeonenin komandası isə 31 xalla 4-cüdür.