Bu gün futbol üzrə Misli Premyer Liqasında XIV turun daha iki oyunu keçiriləcək.
Olimpnews.az xəbər verir ki, günün ilk oyunu "Liv Bona Dea Arena"da "Araz-Naxçıvan" və "Kəpəz" komandaları arasında keçirilib. Saat 17:00-da başlayacaq oyunu Elçin Məsiyev idarə edəcək. Turun digər qarşılaşması isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. "Gənclik şəhəri" təmsilçisi "Sumqayıt" klubu "İmişli"ni qonaq edəcək. Oyunun start fiti saat 19:30-da səslənəcək. Qarşılaşmanın baş hakimi FİFA dərəcəli hakim Əliyar Ağayev olacaq.


