Almaniyanın "Hoffenhaym" klubunun qapıçısı Oliver Baumann Bundesliqa təmsilçisinin heyətində 500-cü oyununa çıxıb.
Olimpnews.az xəbər verir ki, almaniyalı qapıçı bu yubiley matçını xüsusi formada qeyd edib. Belə ki, 35 yaşlı futbolçu bunun üçün azarkeşlərə 500 litr pivə hədiyyə edib. O, bununla da azarkeşlərə təşəkkür edib.


