Pol Poqba komanda sahibi oldu

Pol Poqba komanda sahibi oldu

"Monako" klubunun futbolçusu Pol Poqba özünə komanda alıb.

Olimpnews.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanının ilk peşəkar dəvə yarışı komandası olan "Al Haboob" komandasının sahibi olub. “YouTube platformasında dəvə yarışlarını izlədim və çox bəyəndim. Texnikalarını və strategiyalarını araşdırdım. Bu idmanda hər kəs böyük bir sədaqət və ürəklə mübarizə aparır”, - deyə Pol Poqba fikirlərini bildirib. 

Qeyd edək ki, fransalı futbolçu yay transfer pəncərəsində "Monako"ya azad agent kimi transfer olub.