"Qarabağ" klubu Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Olimpnews.az xəbər verir ki, Qurban Qurbanovun komandası Liqa mərhələsinin VI turunda Bakıda Niderlandın "Ayaks" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun qonaq kpmanda qələbəyə sevinib - 2:4. Matçda hesabı 10-cu dəqiqədə "Qarabağ"ın futbolçusu Kamilo Duran açıb. Lakin ilk yarıda - 39-cu dəqiqədə qonaqların heyətində Kasper Dolberq hesabı bərabərləşdirib. Matçın 47-ci dəqiqəsində Mateus Silva "Köhlən atları" yenidən hesabda irəli çıxarıb. Təssüf ki, "Ayaks" klubu oyunun sonlarına yaxın matçın axarını öz xeyrinə dəyişib. Əvvəlcə 79-cu dəqiqədə Oskar Qlux hesabı bərabərləşdirib. 83-cü və 90-cı dəqiqələrdə isə Anton Qoei dəqiq zərbələrlə "Ayaks"ın 4:2 hesablı qələbəsini rəsmiləşdirib. Ağdam klubu bu oyundan sonra 7 xalla 21-ci pillədə qərarlaşıb. İlk qələbəsini qazanan "Ayaks" isə hazırda 3 xalla 33-cüdür.


