"Qarabağ" dünya reytinqində gerilədi

"Qarabağ" dünya reytinqində gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinq siyahısını açıqlayıb.

Olimpnews.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” yeni açıqlanan siyahıda 3 pillə geriləyib. Ötən reytinqdə 65-ci olan Azərbaycan çempionu hazırda 68-ci sırada qərarlaşıb.

Azərbaycanın digər klubları - "Sabah" 276-cı yerdən 252-yə, "Zirə" 387-ci sıradan 360-cı pilləyə irəliləyib. 96 pillə geriləyən “Araz-Naxçıvan" isə hazırda 486-cıdır.

Qeyd edək ki, dünya reytinqinə Fransanın PSJ klubu başçılıq edir.