Mançester Siti" klubunun baş məşqçisi Pep Quardiola ötn gecə Madrid "Real"ı ilə oyunda qazandığı qələbədən sonra maraqlı açıqlamaları ilə yadda qalıb.
Olimpnews.az xəbər verir ki, o, "Barselona"nın heyətində "Real"la oyunda ilk qələbəsini xatırlayıb. “İllər sonra Bernabeu stadionunda qələbə qazandım. Bu. fərqli bir qələbə idi. "Santyaqo Bernabeu"da qazandığım ilk qələbəm 2:6 hesablı qələbə idi. Təbii ki, həmin o nəticə digər qələbələrdən fərqlidir. Çünki biri La Liqanı qazanmaq üçün, digəri isə Çempionlar Liqasında növbəti mərhələyə vəsiqəni təmin etmək üçün vacib idi. "Santyaqo Bernabeu" stadionuna oyunçu və baş məşqçi kimi neçə dəfə gəldiyimi bilirsiniz? Burada hər hansı sektorda mənə aid bir xüsusi bir yer belə ola bilərdi”, -deyə Pep Quardiola qeyd edib.
Qeyd edək ki, "Real" - "Mançester Siti" oyunu qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.


