"Inter Miami" Rodriqo De Paulu birdəfəlik transfer etdi

"Inter Miami" Rodriqo De Paulu birdəfəlik transfer etdi

"Inter Miami" klubunun rəhbərliyi Rodriqo De Paulun müqaviləsindəki xüsusi bənddən istifadə edərək oyunçunun birbaşa transferini reallaşdırıb.

Olimpnews.az xəbər verir ki, ABŞ təmsilçisi transfer üçün İspaniyanın Madrid "Atletiko"suna 15 milyon avro ödəyəcək.

Qeyd edək ki, Rodrigo De Paul karyerasında 6 titul qazanıb. O, bütün 6 titulu Lionel Messi ilə birgə əldə edib.

Qeyd edək ki, argentinalı futbolçu icarə əsasında MLS-də çıxış edirdi.