Haaland və Mbbapenin transfer qiyməti artdı 

Haaland və Mbbapenin transfer qiyməti artdı 

İlin sonuna yaxın nüfuzlu "Transfermarkt" portalı futbolçuların qiymətlərində dəyişikliklər edib. Olimpnews.az xəbər verir ki, yenilənmədən əvvəl "Barselona"da çıxış edən Lamin Yamal 200 milyon avro dəyərində dünyanın ən bahalı oyunçusu olaraq qalıb. Lakin "Mançester Siti"dən Erlinq Haland və Madrid "Real"ından Kilian Mbappenin qiymətləri 20 milyon avro artıb və hazırda onlar da 200 milyon avro dəyərindədirlər. Madrid klubundan Cud Bellinqem (160 milyon avro) və Vinisius Junior (150 milyon avro) da planetin ən bahalı beş oyunçusu arasındadır.