Misli Premyer Liqası: "Sabah" qələbə sayəsində birinci pilləyə yüksəldi

Misli Premyer Liqası: "Sabah" qələbə sayəsində birinci pilləyə yüksəldi

Futbol üzrə Misli Premyer Liqasında 15-ci turun daha bir oyunu keçirilib. 

Olimpnews.az xəbər verir ki, günün ikinci oyununda "Turan Tovuz" klubu "Sabah"ı qəbul edib. Tovuz şəhər stadionunda keçirilən oyun "Sabah"ın qələbəsi ilə yekunlaşıb -1:3. Matçda hesab 31-ci dəqiqədə açılıb. Coy Lens Mikels qonaqları hesabda irəli çıxarıb. Qarşılaşmanın 68-ci dəqiqəsində isə Velko Simiç hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmanın 79-cu dəqiqəsində isə Umarali Raxmonaliyev "Sabah"ın  üçüncü qolunu vurub. "Turan Tovuz"un yeganə qolunun müəllifi isə 82-ci dəqiqədə Filip Ozobiç vurub. "Sabah" qələbə sayəsində xallarının sayını 31-ə çatdıraraq hələlik birinci pilləyə yüksəlib. Tovuz təmsilçisi isə 24 xalla beşincidir.