Messinin Kəlküttə səfərində böyük qalmaqal yaşandı

Messinin Kəlküttə səfərində böyük qalmaqal yaşandı

Argentinalı ulduz futbolçi Lionel Messinin Hindistan turunun ilk günündə böyük qalmaqal yaşanıb.
Olimpnews.az xəbər verir ki, qəzəbli azarkeşlər Kəlküttə şəhərində yerləşən “Salt Lake” stadionunu dağıdıblar. Bildirilir ki, Messi təhlükəsizlik səbəbilə 10 dəqiqə sonra stadionu tərk edib və azarkeşlər onun üzünü belə düzgün şəkildə görə bilməyiblər. Argentinalı ulduz futbolçu heykəlinin açılışını belə video link vasitəsilə onlayn şəkildə izləyiblər. 
Messini izləmək üçün gələn bəzi şəxslər isə etiraz əlaməti olaraq sərt fikirlər səsləndiriblər.