Dekabrın 13-də Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə 20 yaşadək gənclər arasında Azərbaycan birinciliyinə start verilib.
Birinciliyin ilk günündə cüdoçular fərdi yarışlarda qüvvələrini sınayıblar. “Judo Club 2012” klubun idmançıları fərdi yarışları 2 bürünc medalla başa vurublar. Klubun aktivinə medalları Emin Şirinov (-90 kq) və Vidad Əliyev (-100 kq) yazdırıb.
Qeyd edək ki, birincilikdə 58 klub və idman cəmiyyətindən 191 cüdoçu (158 oğlan, 33 qız) mübarizə aparır. Sabah cüdoçular komanda yarışlarında qüvvələrini sınayacaqlar.
"Judo Club 2012"nin gənc cüdoçularından Azərbaycan birinciliyində 2 medal


