Futbol üzrə Fransa Lİqa 1-də daha bir oyun keçirilib.
Olimpnews.az xəbər verir ki, çempionatın favoritlərindən olan PSJ bu tur "Mets" klubunun qonağı olub. Beş qolun vurulduğu oyunda PSJ-nin minimal hesablı qələbəsi qeydə alınıb -2:3. Qələbə sayəsində xallarının sayını 36-ya çatdıran parislilər müvəqqəti olaraq birinci pilləyə yüksəliblər. "Mets" isə 11 xalla turnir cədvəlinin sonuncu - 18-ci pilləsində qərarlaşıb. .


